SİYASƏT
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Kiyev, 10 oktyabr, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da xalqa müraciətində səsləndirdiyi fikirləri dərc edib.
AZƏRTAC xəbər verir ki, Ukrinform, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna” informasiya agentliklərində, “Seqodnya”, QORDON nəşrlərində dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda dövlətimizin başçısının işğaldan azad edilən ərazilər barədə fikirlərə geniş yer verilib.
“Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir.
Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır”, - deyə məqalələrdə qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev