ULDUZLAR HARAYA QAÇIR?
İlk dəfə belə obyekti təxminən bir il əvvəl təsadüfən aşkar etmişlər. Astrofiziklərin fərziyyəsinə görə, ulduzu Qalaktikanın mərkəzindəki ifrat ağır qara çuxur qovmuşdur. Alimlər təxmin etmişlər ki, bunlar son dərəcə nadir hadisələrdir. Yeni model bu fərziyyəni təsdiqləmişdir: ulduzlar 100 min ildə təxminən bir dəfə qaçır.
Buna baxmayaraq, Uorren Braun və onun həmkarları “qaçışı” modelləşdirərək, mərkəzi qara çuxurun təsiri altında Kəhkəşanın səthindən çıxan daha iki ulduz tapmışlar. Onlar belə qənaətə gəlmişlər ki, təxminən min ulduzun tarixdənəvvəlki vəziyyətini öyrənmək lazımdır və yoxa çıxanlar Qalaktikanın tərkib hissəsi olan 100 milyardlarla ulduzla müqayisədə azdır. Astrofiziklər axtarışı səmanın hansı hissəsində aparmağı göstərəcək kompüter proqramı yaratmışlar. Ay diskindən 8 min dəfə böyük olan sahə Arizona ştatının cənubunda yerləşən 6,5 metrlik MMT teleskopunun köməyi ilə müşahidə olunmuşdur.
Aşkar olunmuş ulduzlar saatda 2-2,3 milyon kilometr sürətlə hərəkət edir və Yer kürəsindən bir neçə yüz min işıq ili məsafəsində yerləşir. Fövqəluzaqlığına görə onların parlaqlığı azdır, ulduzlu səmada yerdəyişməsi isə, əslində, nəzərə çarpmır.