Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu Öndər 1993-cü ilin iyununda xilaskarlıq missiyası və şəxsi fədakarlıq nümunəsi ilə müasir Azərbaycanın bünövrəsini qoyub

Ulu Öndər 1993-cü ilin iyununda xilaskarlıq missiyası və şəxsi fədakarlıq nümunəsi ilə müasir Azərbaycanın bünövrəsini qoyub

Bakı, 10 iyun, AZƏRTAC

Otuz bir il əvvəl ölkəmizdə yaşananları xatırlamaq çox ağırdır. Amma nə qədər ağır olsa da, tarixdən ibrət dərsi almağımız və gələcək nəsillərin eyni vəziyyətlə üzləşməməsi üçün həqiqətləri unutmamalıyıq. Unutmamalıyıq ki, 1992-ci ildə və 1993-cü ilin birinci yarısında Azərbaycanda hakimiyyətdə olanlar xalqımıza məğlubiyyətin acısını yaşadıblar. O zaman şəhər və kəndlərimizin ard-arda işğal altına düşməsi, ölkəmizdə hökm sürən hərc-mərclik və xaos dövlətçiliyimizlə yanaşı, milli kimliyimizin ləyaqətli varlığını da sual altına qoymuşdu. Dövlət idarəçiliyində başıpozuqluq, mənəm-mənəmlik və hakimiyyət səriştəsizliyi o həddə çatmışdı ki, vətəndaş hüquq normaları ilə deyil, qanunsuz silahlı dəstələrin zoru ilə hesablaşmağa məhkum idi. İctimai-siyasi proseslərin aparıcı qüvvəsinə çevrilən silahlı dəstələrin fəaliyyətinə dövlət nəzarəti o dərəcədə itirilmişdi ki, real hakimiyyətin kimin əlində olduğu artıq ciddi suallar doğururdu. AXC-Müsavat cütlüyünün təmsil olunduğu hakim zümrənin səriştəsizliyi və qəbul etdiyi məsuliyyətsiz qərarlar cəmiyyətimizdə elə çaşqınlıq yaratmışdı ki, vətəndaş ən böyük təhlükənin erməni işğalçılarından, yoxsa hakimiyyətin özündən gəldiyini ayırd edə bilmirdi. İnsanlar təkcə dövlət institutlarına deyil, öz sabahına və təhlükəsiz yaşamaq haqqına inamını büsbütün itirmişdi. İctimai-siyasi vəziyyətlə yanaşı, iqtisadi proseslər də peşəkar səviyyədə idarə olunmadığına görə, ölkədə ağır sosial böhran yaşanırdı. AXC-Müsavat hakimiyyəti ilə vətəndaş arasında yaranmış uçurumu daha da dərinləşdirən amillərdən biri hakimiyyətin öz daxilində yaşananlarla bağlı idi. Hakimiyyətin içərisindəki qruplaşmalar ozamankı dövlət başçısının qərarlarına təsir imkanları uğrunda az qala bir-birinə qənim kəsilmişdi. O vaxt hakimiyyətdə olanlardan bəzilərinin indi etdikləri etirafa görə, müdafiə naziri öz Prezidentini açıq şəkildə təhdid edir, rezidensiyanın üzərinə hərbi vertolyot və təyyarə qaldıracağı ilə hədələyirdi. Azərbaycan faktiki olaraq qardaş qırğınına sürüklənirdi.

Bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Həqiqət bundan ibarətdir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, 1992-ci ilin mayında Şuşanın və Laçının, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə ermənilər məkrli “miatsum” planlarının sevincini, xalqımız isə məğlubiyyətin acısını yaşayırdı. Milli qürurumuzun, milli kimliyimizin sınağa çəkilməsinin baiskarı olmuş AXC-Müsavat hakimiyyətinin təmsilçiləri istər o dövrdə, istərsə də indinin özündə torpaqlarımızın işğal edilməsinin səbəbini Ermənistanın tək olmaması, arxasında Rusiya kimi güclü himayədarının dayanması ilə izah edirlər. Bu, həqiqətdir. Lakin o da həqiqətdir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan yenə də tək deyildi. Həlledici fərqlərdən biri odur ki, əgər Birinci Qarabağ savaşında Ermənistana daha çox altdan-altdan köməklik edilirdisə, Vətən müharibəsi dövründə bu dəstək açıq-aşkar ortada idi və Ermənistana havadarlıq edənlərin sayı dəfələrlə artmışdı. Kimisi ona silah verir, kimisi “əziz bacısının” şərəfini qorumağa çalışır, kimisi isə hətta müharibədən sonra da Ermənistanın maraqlarını öz “qırmızı xətti” elan edir. Prezident İlham Əliyev elə bu səbəbdən Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında üzləşdiyimiz reallığı bu cür ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

Qeyd olunub ki, 2020-ci ilin ictimai-siyasi ab-havası ilə 1991-ci ildən 1993-cü ilin birinci yarısınadək davam edən vəziyyət arasındakı mühüm fərq ondadır ki, Azərbaycan xalqı müharibənin gətirdiyi ən çətin sınaq günlərində belə, öz Prezidentinin və Ordusunun yanında olduğunu, heç bir sınağın xalq-hakimiyyət birliyini poza bilməyəcəyini nümayişkaranə şəkildə ortaya qoydu. Növbəti əhəmiyyətli fərq ondan ibarətdir ki, AXC-Müsavat hakimiyyəti dövründən fərqli olaraq, 44 gün ərzində Ali Baş Komandanımız öz vəzifəsini, Ordumuz isə öz işini ləyaqətlə yerinə yetirdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Dövlət institutları Vətən müharibəsi günlərində də vahid komandanlıq altında yekcins bir orqanizm kimi fəaliyyət göstərdi və bir dəfə də olsun Qələbə ritmindən sapmadı. Prezident İlham Əliyev bununla həm işğalçı Ermənistana, həm də onun çoxsaylı havadarlarına əyani şəkildə göstərdi ki, Azərbaycanın dövlət idarəetmə sistemi istənilən təhlükəyə, o cümlədən müharibə çağırışına cavab vermək və tarixi Zəfəri əldə etmək gücündədir. Vaxtilə AXC-Müsavat hakimiyyətində təmsil olunanlardan və son 30 ildə radikal müxalifət adı altında mövcudluq görüntüsünü yaratmağa çalışanlardan bəziləri bu həqiqətləri etiraf etməsələr də, xalqımız çox yaxşı bilir və unutmur ki, onu tarixi Zəfərə gətirib çıxaran yolun təməli 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Əgər Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı parçalanmaqdan xilas etməsəydi, dövlət müstəqilliyimizi isə real təhdidlərdən qorumağa nail olmasaydı, indi yaşadığımız və qürur duyduğumuz Zəfər tarixinin həsrətini hələ çox onilliklər ərzində çəkməli olacaqdıq, buna qədər tariximizdə dəfələrlə olduğu kimi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda həyata keçirdiyi xilaskarlıq missiyası və şəxsi fədakarlıq nümunəsi ilə müasir Azərbaycanın, sözün əsl mənasında, müstəqil Azərbaycanın bünövrəsini qoydu. Ona görə də xalqımız Ulu Öndərin hakimiyyətə qayıdışını -15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu, həm də qədirbilən xalqımızın Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və onun əvəzsiz xidmətlərinə dərin ehtiramının ifadəsidir.

Amma bir daha təəssüf ki, xalqımıza ağır məhrumiyyətlərin, hərc-mərcliyin, ümidsizliyin, ən başlıcası, məğlubiyyətin acısını yaşatmış AXC-Müsavat hakimiyyətinin ayrı-ayrı nümayəndələri siyasi xəbislikləri ucbatından bütöv bir xalqın gördüyü bu həqiqətləri etiraf edə bilmirlər. Əslində, bunda da təəccüblü heç nə yoxdur. Çünki belələri o şəxslərdir ki, Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yanaşı, onların özlərinin də israrlı xahişi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan və hətta 1993-cü ilin oktyabrında Prezident seçildikdən sonra, nə qədər absurd görünsə də, indiki radikal müxalifətin bir çox nümayəndələri o zaman analoqu olmayan rüsvayçı bir ilkə imza atdılar. Torpaq, Dövlət və bütövlükdə Vətənimiz əldən getdiyi bir vaxtda, onlar fəaliyyətlərini, dövlət vəzifələrini “dondurmaqla” məşğul idilər. Nə qədər acı və ağır olsa da, bu, belə idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya liderlərinin və aparıcı şirkətlərin 1994-cü ilin sentyabrında Bakıda imzaladıqları XX əsrin ən böyük Neft Kontraktından sonra da bu siyasət nakamları “donlarını” aça bilmədilər. Hətta onlardan bəziləri tarixi Zəfərimizdən sonra da reallıqdan çox uzaq olan qapalı dünyalarında yaşamağa davam etməkdədirlər. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkəmizə verilən siyasi-mənəvi dəstəyi görməzdən gələn bu şəxslər nəinki unutqanlıq etdilər, Türkiyədə keçirilən son Prezident seçkilərində xaricdəki informasiya ruporları ilə onun əleyhinə təbliğat kampaniyasına qoşuldular. Onu da unutdular ki, bir əsrlik fasilədən sonra yenidən imzalanan və milli maraqlarımızın qarantı qismində çıxış edən Şuşa Bəyannaməsinin altında məhz Prezident İlham Əliyevin və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın imzaları dayanır. Bu şəxslər məhz siyasi qısqanclıq səbəbindən hələ də etiraf etmirlər ki, tarixi Bəyannamənin ərsəyə gəlməsinin arxasında, ilk növbədə, Azərbaycan Prezidentinin siyasi iradəsi və Türkiyə Cümhurbaşqanının siyasi sələflərindən fərqli olan qətiyyətli mövqeyi dayanır. Siyasət qısqancları bu həqiqəti dillərinə gətirməyə cəsarət etməsələr də, xalqımız Prezident İlham Əliyevin 2021-ci il iyunun 15-də-Milli Qurtuluş Günündə Şuşada səsləndirdiyi həqiqətin qədir-qiymətini çox yaxşı bilir: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Diqqətə çatdırılıb ki, Şuşa Bəyannaməsi Ermənistana və ona havadarlıq edən dairələrə elə bir tutarlı mesajdır ki, bu sənədin altında dayanan imza sahiblərinin tarixi xidmətlərini və onların siyasi iradə əzmini etiraf etməyənlər bununla bir daha öz acizliyini göstərirlər. Siyasi cılızlıq sindromu onlara imkan vermir ki, xalqımızın və dövlətimizin, Türk dünyasının maraqlarına təminat verən əvəzsiz xidmətlərə dəyər verə bilsinlər. Onlar görməsələr və duymasalar da, yaxud özlərini görməzliyə və eşitməzliyə vursalar da, xalqımız bu xidmətlərin və onların müəlliflərinin qədrini gözəl bilir. Azərbaycan cəmiyyəti ilə yanaşı, qardaş və dost ölkələrin dəyər verdiyi böyük həqiqətlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında etdiyi çıxışında əksini tapıb: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Həqiqətlər bundan ibarətdir və nə yaxşı ki, həqiqətin yalnız bir üzü olur.

AZƏRTAC-0-

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb