MƏDƏNİYYƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü İçərişəhərdə də qeyd edilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə iştirak edən ictimai xadimlər, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri və qoruq idarəsinin əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əkili və gül dəstələri qoymuş və ruhuna ehtiramlarını bildirmişlər.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, “dəyirmi masa” ilə davam edən tədbirdə çıxış edən idarənin rəisi Mikayıl Cabbarov Heydər Əliyevin xalqımızın taleyində və dövlətçiliyimizin qurulmasındakı misilsiz xidmətlərindən söz açmışdır.
Tədbirdə ümummilli liderlə şəxsən tanış olan və onunla dəfələrlə görüşmüş Ağsaqqallar Şurasının üzvləri və ictimai xadimlər öz xatirələrini bölüşmüş, ulu öndər Heydər Əliyevin İçərişəhərə göstərdiyi diqqət və qayğıdan danışmışlar.