SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Yevlaxda silsilə tədbirlərlə qeyd edilir
Yevlax, 24 aprel (AZƏRTAC). Aprelin 24-də Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, həmin gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə şahmat üzrə məktəblilərin rayon birinciliyinə start verilmişdir.
Turnirin açılış mərasimində çıxış edən YAP rayon təşkilatının aparat rəhbəri Əli Quliyev və Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşı Vaqif Əliyev böyük siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən gənclərə, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, məktəblilərə uğurlar arzulamışlar.
İsveçrə sistemi ilə keçirilən turnirdə iki yaş qrupu üzrə 110 nəfərdən artıq məktəbli mübarizə aparacaqdır. Turnir may ayının 2-də başa çatacaq, qaliblər YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.