Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qeyd edilib

Bakı, 9 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu fikir mayın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tədbirdə çıxış edərək bildirib ki, Heydər Əliyevlə eyni zamanda yaşamış nəsil üçün bu, bir xoşbəxtlikdir. Keçmiş 15 sovet respublikası müstəqillik əldə etsə də, Azərbaycan tam müstəqil deyildi. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, səriştəsiz şəxslərin hakimiyyətdə vəzifə bölgüsü, məhv olan iqtisadiyyat müstəqil dövlət parametrlərinə uyğun gəlmirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra müstəqil dövlət parametrlərini bərpa etdi. Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən biridir. Daha sonra torpaq islahatı başladı, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bütün bunlarla Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. Bu gün baxmayaraq ki, neftin qiyməti düşüb, ümumən iqtisadiyyatda müəyyən zəifləmələr var, ancaq Azərbaycan inkişaf edir, hətta digər dövlətlərə yardım edir.

Nazir ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan ulu öndər Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb. Dövlətimizin gücləndirilməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Ulu Öndərin adı ilə bağlı olduğunu söyləyən Kəmaləddin Heydərov ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırıb.

Nazir deyib ki, Heydər Əliyevin qəlbində Azərbaycan alovu, sevgisi vardı: “Bu gün Heydər Əliyevin yolu, gördüyü işlər davam etdirilir. Azərbaycanda hazırda çoxlu sayda möhtəşəm beynəlxalq tədbirlər keçirilir, ölkəmiz belə tədbirlərin mərkəzinə çevrilib. Azərbaycanı sevən insanlar ümummilli lider Heydər Əliyevin ideyalarını nəinki yaşatmalı, hər kəs bunu öz həyatında davam etdirməlidir. Hər kəs ulu öndər Heydər Əliyev ideyalarını özü üçün böyük zəmin, dayaq bilməlidir. Bu halda Azərbaycanın bundan sonrakı inkişafı daha böyük, sürətli olacaq”.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, zaman keçdikcə ulu öndər Heydər Əliyevin böyüklüyü daha çox dərk edilir: “Hər bir sahədə Heydər Əliyevin atdığı addımları, işləri görürük. Heydər Əliyevin azərbaycançılıqla bağlı atdığı addımlar ölkəmizi dünyaya bir xalq, dövlət kimi təqdim edib. Dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin parçalanmasının qarşısını aldı, respublikada yaşayan müxtəlif xalqları azərbaycançılıq ideologiyası altında birləşdirdi”.

Siyavuş Novruzov qeyd edib ki, bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir.

Ulu öndər Heydər Əliyev vurğulayırdı ki, iqtisadi inkişafın birinci şərti ictimai-siyasi sabitlikdir. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkəmizdə mötəbər beynəlxalq tədbirlər keçirilir.

O, müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Ulu Öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı danışıb.

Tədbirə yekun vuran nazir Kəmaləddin Heydərov regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir: “Biz də çalışmalıyıq ki, Azərbaycan insanı rahat yaşasın. Bizim Dağlıq Qarabağ problemimiz var. Bu problemin həlli üçün danışıqlar aparılır, eyni zamanda, ordu quruculuğu uğurla davam etdirilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan güclüdür, bundan sonra da daha güclü olacaq. Biz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə o torpaqları azad edəcəyik və o torpaqlarda nazirliyimizin orqanlarını yaradacağıq. Biz dövlətimizin başçısına daim dəstək verməyə hazırıq”.

Fövqəladə hallar naziri bu günlərdə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına toxunub: “Kifayət qədər neftlə zəngin, bizdən əvvəl müstəqil olan ölkələr var. Ancaq məhz Azərbaycan bu böyük idman oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Çünki Azərbaycan uğurla inkişaf edir. Azərbaycana turistlərin axını da təsadüfi deyil. Bu, ictimai-siyasi sabitliyin, buna əsaslanan inkişafın nəticəsidir.

Biz inanırıq ki, Azərbaycanın gələcəyi çox gözəl olacaq. Biz Heydər Əliyevçi olmağımızla fəxr edirik. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur