REGİONLAR
Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib
Ağdaş, 11 dekabr, AZƏRTAC
Ağdaşda Gənclər və İdman İdarəsinin, regional mədəniyyət idarəsinin və rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəli önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. Dəyirmi masa ətrafında çıxışlarda görkəmli dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışılıb.
Çıxışlarda vurğulanıb ki, böyük öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin müəllifi olduğu qanunlar, sərəncamlar, fərmanlar və dövlət proqramları çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza yaradılıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyildir ki, indi Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Böyük Vətən müharibəsində qazanılan tarixi Qələbədə məhz bu gənclik nəyə qadir olduğunu göstərdi.
Dəyirmi masada Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində Ulu Öndərin danılmaz rolundan, böyük xidmətlərindən danışılıb, dahi rəhbərin mədəniyyəti xalqın böyük sərvəti və iftixar mənbəyi hesab etməsi diqqətə çatdırılıb.