ELM VƏ TƏHSİL
Ulu Öndərin anım günü ilə əlaqədar Bakı Dövlət Universitetində intellektual yarış təşkil edilib
Bakı, 11 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarış keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, yarışda müxtəlif fakültələrin tələbələrindən ibarət 29 komanda iştirak edib. Sosial elmlər və psixologiya fakültəsinin “The Five” komandası birinci, filologiya fakültəsinin “Ergenekor-Ergenekon” komandası ikinci, sosial elmlər və psixologiya fakültəsinin “4+1” komandası isə üçüncü yeri tutub.
Qalib komandalara diplomlar və pul mükafatları təqdim edilib