CƏMİYYƏT
Ulu Öndərin məzarını ziyarət etmək hər birimizin mənəvi borcudur
Bakı, 12 dekabr, AZƏRTAC
Görkəmli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var. Ulu Öndərin məzarını ziyarət etmək hər birimizin mənəvi borcudur.
Bu sözləri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gələn Bakı sakini İlkin Quluzadə AZƏRTAC-a müsahibəsində deyib.
İ.Quluzadə vurğulayıb ki, Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında, dövlətin idarəçiliyində gənclərin daha fəal iştirakına xüsusi diqqət yetirib, gənclər siyasətinin əsas istiqamətlərini müəyyən edib.
“Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gənc nəsil dahi şəxsiyyətin irsini daha dərindən öyrənməlidir”, - deyə o, əlavə edib.