Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Zati-aliləri, Siz Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına daim yüksək diqqət yetirirsiniz. Mən Azərbaycanın gömrük sisteminin inkişafı və modernləşdirilməsi ilə ölkənin milli hədəflərə çatmasına töhfə vermək istiqamətində Ümumdünya Gömrük Təşkilatı ilə ölkəniz arasındakı davamlı və sıx əməkdaşlığa sadiq olduğumu bir daha vurğulamaq istəyirəm. İnanıram ki, əlaqələrimiz qarşıdakı illərdə də hər iki tərəf üçün səmərəli nəticələr verməkdə davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, qarşıdan gələn 2021-ci ildə Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə və vətəndaşlarınıza sülh və tərəqqi arzulayır, gələcəkdə Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bir daha bildirirəm.

Hörmətlə,

 

Kunio Mikuriya

Ümumdünya Gömrük Təşkilatının Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin