Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Vladimir Şerbakovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan dünyanın ən sürətlə və hərtərəfli inkişaf edən ölkələrindən biridir. Bu, millətin suveren və dünyaya açıq olan siyasi və iqtisadi inkişaf xəttini müəyyən edən həqiqi lider kimi Sizin görkəmli xidmətinizdir. İctimai tərəqqinin uğurları, dövlətçiliyin möhkəmlənməsi və ümdə sosial problemlərin səmərəli həlli ölkə vətəndaşları tərəfindən geniş dəstəklənir, onlar özlərinin və övladlarının gələcəyinə görə əmindirlər və öz Prezidentlərinə qeyd-şərtsiz etimad bəsləyirlər.

Fürsətdən istifadə edib Sizə həmkarlar hərəkatının fəaliyyətinə daim yetirdiyiniz diqqətə, sosial dialoqun möhkəmlənməsinə hərtərəfli köməyə görə bir daha səmimi təşəkkürümü bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm ən səmimi və xoş arzularımı, möhkəm cansağlığı, firavanlıq və Vətənin rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyimi qəbul edin.

Dərin hörmətlə,

 

Vladimir Şerbakov

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin