Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan

Möhtərəm İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün respublikanızda cəmiyyət həyatının bütün sahələrində müşahidə etdiyimiz sanballı nailiyyətlər istedadlı və əməksevər Azərbaycan xalqının əzmkar quruculuq fəaliyyətinin, ölkənin təbii sərvətlərindən, istehsal və elmi potensialından səmərəli istifadə olunmasının nəticəsidir. Bununla belə, ölkə əhalisi hamı tərəfindən qəbul olunmuş lider kimi Sizə olan böyük etimada söykənməsəydi, ölkənin tərəqqiyə aparan yeni-yeni zirvələr fəth etməsi belə dinamik və inamlı olmazdı.

Möhtərəm Prezident, icazə verin, bu ilin oktyabrında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətini qəbul etdiyinizə görə Sizə bir daha səmimi təşəkkürümü bildirim. MDB-nin həmkarlar ittifaqları hərəkatı sosial sahənin və sosial dialoq siyasətinin inkişafında Azərbaycan Respublikasının uğurlarını yüksək qiymətləndirir, ölkənin vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının oynadığı əhəmiyyətli rolu vurğulayır.

Zati-aliləri, xahiş edirəm, ürəkdən gələn ən səmimi arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Vladimir Şerbakov

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının

baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin