ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir
Bakı, 11 sentyabr (AZƏRTAC). Ümumi orta təhsil bazasında (doqquzillik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, internet vasitəsilə aparılan ixtisas seçimi sentyabrın 12-də başa çatacaqdır.
Müsabiqədə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.