Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Milli Təhlükəsizlik Nazirliyində təntənəli qeyd edilib VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Milli Təhlükəsizlik Nazirliyində təntənəli qeyd edilib VİDEO

Bakı, 8 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə general-polkovnik Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının müəllim-professor heyətini, dinləyiciləri və kursantları dahi şəxsiyyətin anadan olmasının ildönümü münasibətilə təbrik edib, onlara Ulu Öndərin Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin qorunması irsinin öyrənilməsi və davam etdirilməsi kimi məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və ölkəmizin müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısı olduğunu diqqətə çatdıran nazir Eldar Mahmudov Ulu Öndərin həyatının vətənin, xalqın tarixi və taleyi ilə sıx bağlı olduğunu qeyd edib. Məhz buna görə Heydər Əliyevin anadan olduğu 10 may tarixi hər il ümumxalq bayramı kimi qeyd edilir.

Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev hələ ötən əsrin 60-70-ci illərində Azərbaycanın gələcəyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayırdı. Bu illər həm geniş quruculuq-yaradıcılıq dövrü, həm də təhlükəsizlik orqanlarında milliləşmə prosesi ilə tariximizə yazılıb. Ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarının sıralarında 25 ildən artıq müddətdə fəaliyyət göstərib. Onun səyi nəticəsində Azərbaycanda xüsusi xidmət sahəsinin bütöv bir nəsli formalaşıb. Dahi rəhbərin şəxsən həyata keçirdiyi əks-kəşfiyyat əməliyyat işləri bu gün də metodik vəsait kimi maraqla öyrənilir. Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətinin ən önəmli nəticələrindən biri Azərbaycan Respublikasının milli təhlükəsizlik sisteminin yaradılmasıdır. Bu sistem Ulu Öndərin peşəkarlıq irsinə və perspektivli strategiyasına əsaslanır. Milli Təhlükəsizlik Nazirliyində Vətənə, xalqa və dövlətə sədaqət kimi Heydər Əliyev ənənələri bu gün uğurla davam etdirilir. Ümummilli Liderin adını şərəflə daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin dinləyiciləri və kursantları Akademiyada Heydər Əliyev peşəkarlıq dərslərini öyrənməkdən qürur duymalı və faydalanmalıdırlar.

Nazir Eldar Mahmudov bildirib ki, illər ötdükcə Heydər Əliyevin Azərbaycan naminə tarixi xidmətlərinin miqyası daha aydın görünür. Bu ölçüyəgəlməz xidmətlər sırasında Azərbaycanı məhv olmaqdan qoruması xüsusi qeyd edilməlidir. Yaxın tarixi - 1993-cü ildə baş verən hadisələri yada salmaq kifayətdir. Həmin dövrdə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı nələr gözlədiyi məlumdur. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin izləri aydın görünməsin. Onun gərgin fəaliyyəti nəticəsində ölkədə sabitliyin və davamlı inkişafın möhkəm təməlləri qoyulub.

General-polkovnik Eldar Mahmudov deyib ki, ümummilli lider Heydər Əliyev daim təhsilə xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə hələ SSRİ dövründə hər il yüzlərlə azərbaycanlı Moskva, Leninqrad, Kiyev kimi şəhərlərə ali təhsil almağa göndərilirdi. Hələ o zaman bugünkü Azərbaycanın kadr potensialının əsasları qoyulurdu. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması da Ulu Öndərin bu istiqamətdəki çoxşaxəli fəaliyyətinin mühüm nəticələrindən biridir. Dahi şəxsiyyət xüsusi xidmətin əsl peşəkarı kimi, bu orqanların əməkdaşlarının yalnız öz ölkəsində hazırlanmasına prinsipial əhəmiyyət verirdi. Ona görə də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası dahi peşəkarın adını daşıyır.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin başladığı milli dövlət quruculuğu prosesi hazırda uğurla davam etdirilir. Bu gün mütərəqqi dünyanın sıralarına sürətlə inteqrasiya edən Azərbaycan mühüm regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycan artıq neçə illərdir ki, iqtisadi inkişaf sürətinə görə dünyanın lider ölkələri sırasındadır. Bu uğurların qazanılmasında əhəmiyyətli rolu olan Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyin və daxili sabitliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyəti bugünkü dinamik inkişafa xidmət edir. Xüsusilə terror-təxribat cəhdlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə uğurlu nəticələr əldə edilib. Müvafiq tədbirlərin vaxtında görülməsi xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması, qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli nəticələrin əldə olunmasına imkan verib.

Nazir Eldar Mahmudov gələcək təhlükəsizlik zabitləri olan kursantların bu prosesdə yaxından iştirak edəcəklərini bildirərək onların təhsildə əldə etdikləri yüksək nəticələrin fəaliyyət sahələrində mühüm əsas olacağını vurğulayıb. Qeyd edib ki, bunun üçün Akademiyada yüksək təhsil üçün hərtərəfli və səmərəli şərait yaradılıb. Bu proses daimi xarakter daşıyır, gənclərin yad təsirlərdən qorunması, ölkədə və dünyada gedən prosesləri düzgün qiymətləndirmək bacarığına yiyələnmələri üçün ardıcıl tədbirlər görülür. Qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizlik əməkdaşından getdikcə daha yüksək peşəkarlıq, bilik səviyyəsi, çeviklik və səriştə tələb edilir. Bu mənada əməkdaşların və kursantların da üzərinə böyük məsuliyyət düşür.

Bizim başlıca məqsədimiz və vəzifəmiz işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “biz nəinki işğal olunmuş Qarabağı azad edəcəyik, həm də tarixi və əzəli torpaqlarımız olan Qərbi Azərbaycana, İrəvana qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”. Ulu Öndərin adını daşıyan Akademiyanın kursantları və məzunları xüsusi fərqlənməlidirlər. Çünki biz həm arxa, həm də ön cəbhədəyik. Dərin bilik, yüksək vətənpərvərlik, fiziki və döyüş hazırlığı, peşəkarlıq, ciddi xidməti və icra intizamı - budur, bizim devizimiz.

Nazir Eldar Mahmudov şəxsi heyətin ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında yaratdığı peşəkarlıq fəaliyyətini şərəflə davam etdirəcəklərini və Azərbaycanın qüdrətlənməsi, milli maraqların, mənafelərin və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını bildirib.

Sonra Akademiyanın kursantları hərbi orkestrin müşayiəti ilə təntənəli marşla tribunanın önündən keçiblər.

Təntənəli mərasim Ümummilli Liderin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi konfransla davam etdirilib.

MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun keçdiyi yol heç də hamar olmayıb. Müstəqil dövlətçiliyimiz həmin illər ərzində ciddi problemlərlə, hətta ölüm, ya qalım dilemması ilə üzləşmişdi. Məhz ulu öndər Heydər Əliyev dühası, qədim dövlətçilik ənənələrinə malik xalqımızın möhkəm iradəsi və xalq-iqtidar birliyi müstəqillik yolumuzda qarşıya çıxmış bütün maneələri qətiyyətlə dəf edərək xarici və daxili düşmənlərimizin ölkədə vətəndaş qarşıdurması və xaos yaratmaq istəklərini puça çıxardı. Şübhəsiz ki, ölkəmizdə ictimai-sosial həyatın bütün sahələrində əldə olunan uğurların əsas səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin milli maraqlara, müasir dəyərlərə, ənənələrə söykənməsi və Heydər Əliyev siyasi kursunun yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla davam etdirilməsidir. Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr hazırda onun siyasi irsinin layiqli davamçısı, xalqımızın sevimli oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Azərbaycan xalqını daha işıqlı gələcəyə aparan və əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş İlham Əliyev siyasəti bundan sonra da uğurla davam etdiriləcək və ölkəmiz gündən-günə çiçəklənəcək.

Konfransda çıxış edən Akademiyanın kafedra rəisi, iqtisad elmləri namizədi, dosent M.Ramazanov, ali kursların dinləyicisi leytenant T.Ağasiyev, kursantlar N.Niyazov və İ.Əliyev ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, vətənimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Milli Təhlükəsizlik Nazirliyində təntənəli qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb