SİYASƏT
Ümummilli lider Heydər Əliyevin xatirəsi Los-Ancelesdə anılmışdır
Los-Angeles, 12 dekabr (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu ABŞ-ın tanınmış “Meals on Wheels” xeyriyyə təşkilatına ianə bağışlamışdır.
Bu münasibətlə baş konsul Nəsimi Ağayev təşkilatın Los-Ancelesdəki ofisini ziyarət edərək qurumun rəhbərliyi ilə görüşmüş və ianəni təqdim etmişdir. Görüşdə diplomat ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı sahəsindəki misilsiz xidmətlərindən danışmış, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir.
“Meals on Wheels” minlərlə imkansız xəstə, kimsəsiz və əlil insanların gündəlik yemək təminatı ilə məşğul olan xeyriyyə təşkilatıdır.
Yusif Babanlı
Los-Angeles