Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ümummilli Lider və təhsil siyasəti

Ümummilli Lider və təhsil siyasəti

Bakı, 13 iyun, AZƏRTAC 

Xalqımızın milli müqəddəratında ötən əsrin 90-cı illəri qədər rol oynamış zaman müstəvisi axtarmaq mənasız olardı. Məsələ onda deyil ki, sosial-siyasi kataklizmlərin burulğanında qalmış millət öz tarixi keçmişinin irsinə qovuşmaq istəyirdi, məsələ həm də onunla bağlı idi ki, imperiyaların çöküşü zamanına xarakterik olan milli oyanış məhz həmin imperiyanın qurduğu tələlərdən keçirdi. O tələlərdən biri və ən başlıcası millətlərarası münaqişə ocağı idi. 1990-cı ilin ilk ayında - yanvarda Azərbaycan xalqı o münaqişənin ocağında çatılsa da, ayağa qalxmağı bacardı. 1988-ci ildən Azərbaycana qarşı ərazi iddiaları ilə açıq çağırışlara başlayan, sonradan həmin çağırışları müharibə müstəvisinədək qaldıran Ermənistana dəstəyi gizlətmək belə istəməyən SSRİ rəhbərliyi 1990-cı ildə Bakı şəhərinə cəza dəstələri yeritdi. Mərkəzin tarixi proseslərin qarşısını almaq istəyinə rəğmən, il yarım sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilsə də, özünü “demokratik qüvvələr” hesab edənlər siyasi hakimiyyətə gəlsələr də qarşıya qoyulmuş minimal vəzifələr yerinə yetirilmədi. Moskvanın açıq siyasi və hərbi dəstəyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal edən Ermənistanla müharibənin aktiv fazasında Gəncə şəhərində başlayan qiyamın vəd etdiyi vətəndaş müharibəsi təhlükəsi zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının çağırışları ilə Bakıya gəldi. Ümummilli Liderin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinə sədr seçildiyi gün sonralar hüquqi və siyasi cəhətdən Qurtuluş Günü kimi qeyd edildi.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Ümummilli Lider və təhsil siyasəti” sərlövhəli məqaləsində öz əksini tapıb.

Məqalədə deyilir ki, həmin ilin oktyabr ayında ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizdə yeni dönəmin tarixi yarandı. Həmin vaxtdan sosial həyatımızda baş verən dəyişikliklər, sözsüz ki, aidiyyəti tədqiqatçılar tərəfindən araşdırılaraq qiymətini alıb və gələcəkdə də tədqiqat mövzusu olacaq. Biz isə kiçicik yazımızın verdiyi imkanlar çərçivəsində böyük Qayıdışın Azərbaycan təhsilində oynadığı rol barədə söhbət açmaq istəyirik.

Azərbaycan təhsili ilə bağlı Ümummilli Liderin başladığı işlərin tarixçəsi onun ölkəmizə birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə başlayıb. Həmin fəaliyyətin məzmununu Ulu Öndər belə açıqlayırdı: “Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”.

Buna görədir ki, ölkəmizdə təhsilin inkişafı ilə bağlı mühüm qərarlar Ümummilli Liderin adı ilə bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə qəbul оlunaraq həyata keçirilən bir sıra mühüm qərarlar, о cümlədən “Gənclərin ümumi оrta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qərarlar geniş rezonans doğururdu.

Ümummilli Liderin təhsilə və yüksək təhsil görmüş ixtisaslı peşəkar kadrlara verdiyi qiymət, onun Azərbaycanın gələcəyi ilə bağlı konsepsiyasının tərkib hissəsi idi. Buna görədir ki, Heydər Əliyevin birbaşa iştirakı ilə həmin illərdə 16 min nəfərə yaxın Azərbaycan vətəndaşı SSRİ-nin aparıcı ali təhsil müəssisələrində yüksək ixtisas aldıqdan sonra qayıdaraq müxtəlif sahələrdə çalışdılar.

Həmin illərin ali təhsil müəssisələri qarşısında qoyulan vəzifələri isə o, Bakı Dövlət Universitetinin 50 illik yubiley tədbirindəki məşhur proqram nitqində, Azərbaycana rəhbərliyinin ilk ilində bəyan etmişdi.

1982-ci ilin payızında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 60 illik yubiley tədbirlərində ümummilli liderimiz Heydər Əliyevin universitetimizə gəlişinin şahidlərindən biri olaraq onun professor-müəllim heyəti, tələbələrlə görüşünü xatırlayıram. İndiki Şəhriyar adına Mədəniyyət Evində o dövrün ali dövlət mükafatlarından birini - Qırmızı Əmək Bayrağı ordenini universitetimizin rektoru, professor Afad Qurbanova təqdim etdikdən sonra geniş nitqində üzünü biz tələbələrə tutaraq dediyi sözləri biz heç vaxt unutmayacağıq: “Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür. İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir”. Həmin çıxışında Ümummilli Lider gələcəyin müəllimlərinə və elm adamlarına dilimizi qorumaqla bərabər, onu inkişaf etdirməyi tövsiyə edirdi: “Azərbaycan dili söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini, ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin”. Ümummilli Lider insanlarımızın yaratdığı tarixə diqqətin vacibliyini isə belə xatırladırdı: “Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bu günü və gələcək mənəviyyatı bununla bağlıdır”.

Ulu Öndərin ikinci dəfə ölkəmizin siyasi rəhbərliyinə gəlişindən sonrakı fəaliyyəti təhsil, xüsusilə ali təhsilin inkişafı ilə sıx bağlı olub. Onun Prezidentliyinin ilk illərində həmin inkişafa impuls verən başlıca amil yenicə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu oldu.

Prezident Heydər Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli qərarı ilə ölkədə ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq, həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac verib. Ümummilli Liderin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 1998-ci il 30 mart tarixli Sərəncamına uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlanıb. 1999-cu il 15 iyun tarixli Sərəncamla qəbul оlunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Prоqramı” bu sahədə hərtərəfli inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyasıdır. Ulu Öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 23 iyun tarixli Fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. O faktı yada salaq ki, ancaq 1993-2001-ci illərdə təhsil işçilərinin əməkhaqqı doqquz dəfə artırılmışdı.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf konsepsiyası və strategiyası müəyyənləşdirilməklə mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin təminatı sisteminin yaradılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci ilin aprelində imzaladığı Sərəncamla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı”nı təsdiq etməsi ölkəmizin təhsil sahəsində beynəlxalq əlaqələrinin daha da genişlənməsinə hərtərəfli imkanlar açdı.

Təhsil islahatları üzrə konseptual ideyaların davamı kimi hazırda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” həyata keçirilməkdədir. Sənədə əsasən beş strateji istiqamətdə islahatlar aparılır. Bununla bərabər, təhsil işçilərinin sosial müdafiəsini nəzərdə tutan işlər davam etdirilir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il fevralın 14-də imzaladığı Sərəncama əsasən ölkəmizdə 110 minə yaxın tələbənin təqaüdü orta hesabla 20 faiz artırıldı. Martın 1-dən təqaüd yerlərinin say 16 min vahid artırıldı ki, bu da təqaüd alan tələbələrin ümumi sayının 45 faizə çatdırılması demək oldu.

Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikildi, əsaslı təmir edildi və müasir avadanlıqla təchiz olundu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 400-dən çox məktəb binası tikildi və ya əsaslı təmir edildi. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində atılan əhəmiyyətli addımlar nəticəsində şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib