SİYASƏT
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ NAXÇIVANDA BÖYÜK EHTİRAMLA YAD EDİLMİŞDİR
Naxçıvan, 12 dekabr (AZƏRTAC). Dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 6 il keçir.
Dekabrın 12-də ulu öndərin xatirəsi Naxçıvan Muxtar Respublikasında böyük ehtiramla yad edilmişdir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki baş meydanında ümummilli liderin əzəmətli abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müasir dövlətçiliyimizin qurulması və inkişafında tarixi xidmətlər göstərmiş fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, onun əziz xatirəsini dərin ehtiramla yad etmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
######