Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ümumrusiya Azərbaycan Konqresi Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynovdan
Rusiya Azərbaycanlı Gənclər Birliyi Həştərxan regional bölməsinin sədri Elvin Hüseynovdan
“Azərbaycan” Milli-Mədəni Cəmiyyətinin sədri Vahid Rəhimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Həştərxandakı ictimai təşkilatların - Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan regional bölmələrinin, “Azərbaycan” Milli-Mədəni Cəmiyyətinin nümayəndələri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Beynəlxalq münasibətlərin möhkəmlənməsi sahəsində Sizin yürütdüyünüz siyasət Rusiya xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin Həştərxan şəhərində layihələr həyata keçirilməsi ilə bağlı fəaliyyətiniz Həştərxan regionunda yaşayan azərbaycanlıların nüfuzunun artmasına töhfə verir.

Bizim vilayətdə yaşayan azərbaycanlılar Sizin Həştərxan şəhəri ərazisində mədəni, təhsil və sosial yönümlü layihələrin həyata keçirilməsi üzrə gördüyünüz möhtəşəm işlərə görə təşəkkürünü bildirir.

Hörmətli İlham Heydər oğlu, Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Vətənimizin rifahı naminə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Ədalət Hüseynov

Ümumrusiya Azərbaycan Konqresi

Həştərxan regional bölməsinin sədri

Elvin Hüseynov

Rusiya Azərbaycanlı Gənclər Birliyi

Həştərxan regional bölməsinin sədri

Vahid Rəhimov

“Azərbaycan” Milli-Mədəni Cəmiyyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin