“Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatının Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynovdan
Çox hörmətli cənab Prezident,
Sizi doğum gününüz münasibətilə “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai təşkilatının Ulyanovsk regional bölməsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin yüksək diqqət və qayğınız sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edir, sosial, iqtisadi və humanitar sahələrdə yeni-yeni uğurlar qazanır. Siz Azərbaycanın gələcəyi üçün mühüm dövləti islahatlar həyata keçirməyə müvəffəq olursunuz.
Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Ulyanovsk vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə xüsusi təşəkkürümüzü bildirmək istəyirik.
Sizə bundan sonra da məqsədlərinizə nail olmağı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.
Hörmətlə,
İslam Hüseynov
“Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya
İctimai Təşkilatının Ulyanovsk regional bölməsinin sədri