Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ümumtəhsil müəssisələrində qadağan edilən məhsulların siyahısı açıqlanmışdır

Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Standartrlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələrindəki uşaq, şagird və tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədi ilə həmin obyektlərdə qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edən dövlət standartını təsdiq etmişdir.

Komitədən AZƏRTAC-a bildirilmişdir ki, AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiq vaxtı bu il sentyabrın 2-dən müəyyən olunmuşdur.

Təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycan Respublikasının təhsil müəssisələrində və təhsil müəssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir.

Standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunmuşdur.

İctimaiyyət tərəfindən geniş marağa səbəb olduğuna görə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan qida məhsullarının siyahısını və ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı təqdim edilir.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı:

Ət və ət məhsulları:

- I kateqoriyalı mal əti

- dana əti

- qoyun ətinin yağsız növləri

- soyudulmuş quş əti

- dovşan əti

- həftədə ən çoxu 1-2 dəfə termiki emaldan sonra uşaq qidası üçün bişirilmiş sosiskalar, sardelkalar (mal ətindən), kolbasalar

- kəsmik və kəsmik məmulatları

- acı olmayan pendir növləri (məktəbəqədər uşaq qidası üçün bərk, yarımbərk, yumşaq, ərgin pendirlər)

- xama (10 faiz, 15 faiz yağlılıqda) - termiki emaldan sonra;

- sənaye istehsalı olan turş süd məhsulları; qatıq, kefir, yoqurtlar,

- qaymaq (10 faiz yağlılıqda)

Qida yağları:

- kərə yağı (72,5 faiz, 82,5 faiz yağlılıqda)

- bitki yağı (günəbaxan, qarğadalı, zeytun) - salatlara, vineqretlərə, ikinci xörəklər

Qənnadı məmulatları:

- zefir, pastila, marmelad

- şokolad və şokoladlı konfetlər - həftədə ən çoxu 1 dəfə

- qaletlər, peçenye, krekerlər, vaflilər, pryaniklər, kekslər, şəkər çörək və şəkərbura (minimal miqdarda qida aromatizatorları və boyalar olan məhsulları üstünlük təşkil edir)

- pirojnalar, tortlar (kremsiz)

- sənaye istehsalı olan cemlər, mürəbbələr, povidlo, bal.

Tərəvəzlər:

- təzə tərəvəzlər: kartof, ağ kələm, kök, qırmızı kələm, brüssel və gül kələmi, brokkoli, dəniz kələmi, kök, şəkər çuğunduru, xiyar, pomidor, şirin istiot, yunan qabağı, badımcan, patisson, göy və baş soğan, cəfəri, şüyüd, kahı, turşəng, ispanaq, kərəviz, qırmızı turp, ağ turp, balqabaq.

- tez dondurulmuş tərəvəzlər (təmizlənmiş yarımfabrikatlar): kartof, brüssel və gül kələmi, brokkoli, kök, şəkər çuğunduru, yunan qabağı, badımcanlar, baş soğan, ispanaq, kərəviz, balqabaq, noxud, yaşıl lobya.

Meyvələr:

- alma, armud, banan, gavalı, şaftalı, ərik, giləmeyvələr (çiyələkdən başqa, o cümlədən tez dondurulmuş meyvələr)

- sitrus növlü ( portağal, naringi, limon) - orqanizmin qəbul edib etməməsi nəzərə alınmaqla;

- qurudulmuş meyvələr

- paxlalılar fəsiləsi: noxud, lobya, mərci;

- fındıq, badam, qoz ləpəsi

Şirələr və içkilər:

- sənaye istehsalı olan təbii şirələr və nektarlar (şəffaflaşdırılmış və meyvə ləti ilə)

- təbii meyvə əsasında sənaye istehsalı olan içkilər

- konservantlar və süni əlavələr olmadan sənaye istehsalı olan vitaminləşdirilmiş içkilər

- qəhvə (surroqat), kakao, çay.

Konservlər:

- pörtlədilmiş mal əti (istisna şəkildə ət olmadıqda) birinci xörəklərin hazırlanması üçün

- qızılbalıq, sayra (şorbaların hazırlanması üçün);

- kompotlar, dilimlənmiş meyvələr

Çörək (çovdar, buğda və ya çovdar və buğda ununun qarışığından alınan, zənginləşdirilmiş çörəyi üstün tutaraq), yarmalar (qarabaşaq, yulaf, buğda), makaron məmulatları - məhdud olmadan bütün növlər.

Yodlaşdırılmış xörək duzu.

Maliyyə imkanları olduqda əlavə olaraq uşaqların qidalanmasında aşağıdakılar istifadə oluna bilər:

- dənəvər nərə və qızılbalıq (losos) kürüsü (iki həftə ərzində bir dəfədən tez olmayaraq)

- qırmızı duzlu balıq (qorbuşa, keta üstün olmaqla) - iki həftə ərzində bir dəfədən tez olmayaraq.

Ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.

2. Bir gün əvvəl hazırlanmış qida.

3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.

4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.

5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla) .

6. İçalatı təmizlənməmiş quş.

7. Vəhşi heyvanların əti.

8. Suda üzən quşların yumurtası və əti.

9. Qabığı çirklənmiş , həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.

10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.

11. Termiki emala məruz qalmayan yaşıl noxud.

12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.

13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.

14. Kremli şirniyyat məmulatları (piroq və tortlar).

16. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.

17. Ev şəraitində hazırlanmış qatıq.

18. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).

19. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.

20. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.

21. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.

22. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.

23. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.

24. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.

25. Təbii kofe, alkoqollu, energetik içkilər.

26. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.

27. Qazlaşdırılmış içkilər.

28. Bitki yağları əsasında süd məhsulları və dondurma.

29. Saqqız, çipslər.

30. Tərkibində etanol olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları.

31. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.

32. Yumurtalı makaronlar, qayğanaq.

33. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO