ELM VƏ TƏHSİL
UNEC-də bayram konserti
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Ədalət Muradov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Bayram konsertində Xalq artisti Röya Ayxan və Əməkdar artist Ədalət Şükürov öz repertuarları ilə UNEC kollektivinə xoş anlar yaşadıblar.
Tanınmış sənətçilərdən sonra səhnədə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri yer alıblar. Vokalçı Aslan Əzimzadə “Azərbaycan” mahnısını, Yusif Cəfərzadə “Qarabağ” şikəstəsini, Ceyhun Bəxtiyarov isə papuri musiqilər ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]
AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər
- 07.05.2024 [14:52]
BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
- 07.05.2024 [14:33]