ELM VƏ TƏHSİL
UNEC-də bilik müsabiqəsi başa çatıb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “UNEC TEChie Winner” bilik müsabiqəsi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, TEC sədri Nəzrin İbrahimli tədbirin açılışında komandalara müsabiqənin qaydaları barədə məlumat verib.
Yeddi mərhələdən ibarət müsabiqədə komandalara müxtəlif mövzular üzrə suallar verilib. Tələbələrin maraqla və həyəcanla yarışdığı bilik müsabiqəsinin sonunda ən yüksək xalı toplayan komanda qalib olub.
Yarış yekunlaşdıqdan sonra I yerin sahibinə mükafat olaraq pul və diplom, II və III yerin sahiblərinə isə diplomlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:55]
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
- 04.05.2024 [13:20]
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
- 04.05.2024 [12:36]
Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib
- 04.05.2024 [12:28]