ELM VƏ TƏHSİL
UNEC-də “Elm aylığı” çərçivəsində Nobel məruzələri davam edir
Bakı, 4 noyabr, AZƏRTAC
Dünya Elm Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin növbəti dinləmələri keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov elm günlərinin mahiyyəti barədə danışıb. “Elm aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərin universitetə verəcəyi töhfələri diqqətə çatdırıb.
Biznesin idarə edilməsi kafedrasının professoru Rəşad Muradov 2015-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçısı Enqus Styuart Diton barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, E.Diton mükafata istehlak, yoxsulluq və rifahla bağlı təhlillərinə görə layiq görülüb.
UNEC-in rəsmi “Facebook” səhifəsində canlı yayımlanan tədbir böyük maraqla dinlənilib.