ELM VƏ TƏHSİL
UNEC Fransanın nüfuzlu ali məktəbi ilə əməkdaşlığı genişləndirir
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Fransanın Montpellier Universiteti ilə müəllim-tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlığı daha da genişləndirir. Bu günlərdə UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Aysel Musayeva Montpellier Universitetinin “Erasmus+” mübadilə proqramında iştirak edib. Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib.
A.Musayeva Montpellier Universitetinin beynəlxalq layihələri ilə yaxından tanış olub. O, bu sahədə hər iki universitet arasında gələcək əməkdaşlıq imkanlarına dair həmkarları ilə fikir mübadiləsi aparıb, eyni zamanda, UNEC-in beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]