ELM VƏ TƏHSİL
UNEC-in regionlarda tanıtımı davam edir
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) regionlarda tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə səfərlər davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, növbəti səfər zamanı əməkdaşlar Gəncə şəhərinin, Daşkəsən, Tovuz, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarının orta məktəblərində, Sumqayıt şəhərinin 13, 14, 15, 16, 21 saylı məktəblərində, eləcə də Bakı şəhərinin 20, 60, 245 nömrəli məktəblərində olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNEC və onun fəaliyyəti barədə məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.