ELM VƏ TƏHSİL
UNEC-in Zaqatala filialının professor-müəllim heyəti üçün distant təlim
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının professor-müəllim heyəti üçün distant təlimlər keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC Eksterndə təşkil olunan təlimin məqsədi tədris materiallarının keyfiyyətinin yüksəldilməsi, müasir standartlara uyğun hazırlanması və filialın professor-müəllim heyətinin elektron universitet modelindən istifadə qaydaları barədə biliklərinin daha da artırılması olub.
UNEC-in Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin təşəbbüsü ilə təşkil edilən təlimləri Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktor müavini, dosent Söhrab İsayev, rəqəmsal iqtisadiyyat və İKT kafedrasının dosenti Təranə Əliyeva və Elektron universitet şöbəsinin böyük mütəxəssisi Qumral Hüseynova keçiblər.
Maraqla izlənilən təlimin yekununda Zaqatala filialının professor-müəllim heyətinin sualları cavablandırılıb.