UNEC “Webometrics”də də ölkə birincisi oldu
Bakı, 29 iyul, AZƏRTAC
Dünya universitetlərinin “Webometrics” reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin ilk 10 faizliyində yer alaraq ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünyanın 32 minə yaxın ali təhsil müəssisəsinin reytinqini hazırlayan “Webometrics”də UNEC son illərdə 15 min universiteti geridə qoyub. UNEC 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutmuşdursa, 6 ay sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.
Reytinq cədvəli ilə linkdə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]