Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

UNESCO-nun baş direktoruna məktub: Avropada yaşayan azərbaycanlılar Ermənistandakı Azərbaycan irsinin taleyindən narahatdırlar

UNESCO-nun baş direktoruna məktub: Avropada yaşayan azərbaycanlılar Ermənistandakı Azərbaycan irsinin taleyindən narahatdırlar

Paris, 23 fevral, AZƏRTAC

Ermənistandan qovulmuş və bu ölkədəki Azərbaycan tarixi və mədəni irs abidələrindən narahat olan, Avropa, eləcə də Fransada yaşayan bir qrup soydaşımız, diasporumuzun üzvləri, Azərbaycana rəğbəti olan xarici ölkə vətəndaşları UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məktubu imzalayanlar Ermənistandan qovulan azərbaycanlılar, eləcə də Fransada və Avropada yaşayan Azərbaycan diasporunun üzvləri kimi UNESCO-ya dəfələrlə müraciətlər ünvanladıqlarını, Ermənistanın xalqımızın tarixi və mədəni irsini məhv etmək siyasəti barədə məlumat verdiklərini xatırladıblar. Ermənistanın niyyətli şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu ölkədə Azərbaycan xalqına məxsus mədəni irsin tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə olduğunu bildiriblər.

Qeyd edilib ki, Ermənistanın mədəni irsin məhv edilməsinə yönəlmiş siyasəti azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə paralel aparılıb. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların indiki Ermənistanda doğma yurdlarından kütləvi şəkildə qovulması nəticəsində bu gün bu ölkədə bir nəfər də azərbaycanlı qalmayıb. Təkcə 1987-1989-cu illərdə Ermənistandan 250 mindən çox azərbaycanlı doğma evindən didərgin salınıb, tarixi yurdundan qovularaq qaçqın vəziyyətinə düşüb. Onlardan 217 nəfər müxtəlif şəraitdə vəhşicəsinə qətlə yetirilib.

Vurğulanıb ki, Ermənistan etnik təmizləmə və mədəni irsi məhv etmək siyasətini həyata keçirməklə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların bütün yaddaşının, tarixinin və mədəniyyətinin izlərini qəsdən silmək siyasəti aparıb, onların mədəni irsini talan və məhv edib, özününküləşdirib, azərbaycanlılara mənsub mədəni irs abidələrini erməniləşdirib və bu bölgədəki yerlərin qədim toponimlərini erməni adları ilə əvəz ediblər.

“UNESCO-ya ünvanladığımız əvvəlki müraciətlərdə də bir sıra dəqiq və konkret faktlar təqdim etmişdik. Qeyd etmişdik ki, Göy məscid, Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib xan məscidi, Hacı Novruzəli bəy məscidi, Dəmirbulaq məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnamverdi məscidi və Ermənistan ərazisində yerləşən 300-dən çox digər məscid XX əsrin əvvəllərində qəsdən dağıdılmış, mənimsənilmiş və ya başqa məqsədlər üçün istifadə edilmişdir. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilə qədər normal fəaliyyət göstərsə də, hazırda tamamilə sökülüb və yerinə çoxmərtəbəli bina tikilib”,-deyə məktubda qeyd olunub.

Bildirilib ki, Ermənistanda 500-dən (beş yüz) çox azərbaycanlı qəbiristanlığı, o cümlədən Ağadədə, Aşağı Şorca, Güllübulaq və Saral məzarlıqları dağıdılıb. Aşıq Ələsgərin Göyçə rayonunda, doğma kəndində ucaldılmış qəbirüstü abidəsi yerlə-yeksan edilib.

Vurğulanıb ki, indiki Ermənistanda çox sayda azərbaycanlıya məxsus məscid və qəbiristanlığın olması vaxtilə bu ərazilərdə yerli azərbaycanlıların əhalinin mütləq əksəriyyətini təşkil etməsi ilə bağlı bu ölkənin demoqrafik və etnik vəziyyətini əks etdirir.

XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən Azərbaycanın qədim İrəvan və Naxçıvan xanlıqları ərazisində, o cümlədən Zəngəzur bölgəsində on minlərlə azərbaycanlı bilərəkdən məhv edilib. Belə əməllər beynəlxalq hüquqla yalnız soyqırımı kimi qiymətləndirilə bilər.

Sovet dövründə xaricdən ermənilərin repatriasiyası bəhanəsi ilə Ermənistan SSR-in hakimiyyət orqanları 100 min azərbaycanlının Ermənistandan məcburi köçürülməsinə nail olublar. Bununla belə, repatriasiya edilən ermənilərin böyük əksəriyyəti sonradan Qərbdəki ölkələrinə qayıdıb, halbuki, doğma yurdundan didərgin salınmış - deportasiya edilmiş azərbaycanlılardan çox cüzi hissəsi Ermənistana qayıda bilib.

Sovet Ermənistanı hakimiyyət orqanları azərbaycanlıların məskunlaşdığı ərazilərdə erməni dilinin tədrisinə qəsdən əngəl törədirdilər ki, sonradan həmin azərbaycanlıların inteqrasiyasına mane olsunlar. Bununla da ermənilər azərbaycanlıların ölkəni birdəfəlik tərk etməsinə zəmin yaradırdılar.

“1980-ci illərin sonunda İrəvanda cəmi 300 azərbaycanlı ailəsi qalmışdı. İrəvanda bir dövlət məktəbi, bir rəsmi qəzet və yalnız bir məscid fəaliyyət göstərirdi. Təəssüf ki, münaqişə dövründə bütün bu ailələr doğma evlərini tərk etməyə məcbur olmuş, məscid dağıdılmış, dövlət məktəbi, eləcə də rəsmi qəzet bağlanmışdır. Ali təhsil sistemində isə Azərbaycan bölməsi uzun illər əvvəl fəaliyyətini dayandırmışdı.

Bütün bunlar Ermənistanda hakimiyyətdə hansı rejimin olmasına baxmayaraq, azərbaycanlılara qarşı davamlı və məqsədyönlü etnik təmizləmənin dövlət siyasəti olmasından xəbər verir”, - deyə məktubda qeyd edilib.

Həmçinin diqqətə çatdırılıb ki, Ermənistan ərazisində azərbaycanlılara məxsus minlərlə mədəni irs abidəsinin qəsdən dağıdılması bu ölkənin Azərbaycan xalqına qarşı dözümsüzlüyünün, eləcə də bəşəriyyətə qarşı təhqirin bariz nümunəsidir.

Bu, həmçinin Ermənistanın heç bir ümumbəşəri dəyəri tanımadığına dəlalət edir. Ermənistanın bütün bu qanunsuz əməlləri və vandalizm aktlarını törədərək, onilliklər ərzində cəzasız qalması beynəlxalq ictimaiyyətə yanlış mesaj verir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, bu cür tədbirlər Ermənistanda dövlət siyasətini təcəssüm edir və ona qarşı tədbirlər görülməlidir. Artıq hərəkət etməyin vaxtıdır!

Bu məqsədlə beynəlxalq hüququn mövcud mexanizmləri tətbiq edilməlidir. Xüsusilə də mədəniyyət obyektlərinin qəsdən məhv edilməsi, təhrif olunması və mənimsənilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyasının, eləcə də 1954-cü və 1970-ci il UNESCO konvensiyalarının kobud şəkildə pozulmasıdır. Ermənistana qarşı irəli sürülən əməllər yalnız müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilər. Mədəni irsin qəsdən məhv edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul edilmiş 2347 saylı qətnaməsində müəyyən olunduğu kimi sülh və təhlükəsizlik məsələsidir.

Məktubda, həmçinin qeyd olunub: “Yuxarıda sadalanan faktlara əsaslanaraq, Azərbaycan xalqının çoxəsrlik mədəni-tarixi irsinin bugünkü vəziyyətini qiymətləndirmək üçün Ermənistana bir qrup ekspert göndərməyinizi xahiş etmişdik. Təəssüf ki, Ermənistan öz məkrli və qanunsuz əməllərini gizli saxlamaq üçün belə bir missiyanın əleyhinə çıxdı.

Lakin 2022-ci il fevralın 4-də Azərbaycan, Fransa, Avropa Şurasının prezidentləri və Ermənistan baş naziri arasında keçirilən videokonfransda Ermənistana və Azərbaycana UNESCO-nun missiyasının göndərilməsi ilə bağlı razılıq əldə edilib. Bu xəbər bizi daha da ilhamlandırdı və yenidən sizə müraciət etməyə ruhlandırdı. Ümid edirik ki, bu öhdəliyi götürən Ermənistan UNESCO-nun missiyasının həyata keçirilməsinə mane olmayacaq və bu missiyanın obyektiv hesabatından sonra bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Nəhayət, Ermənistan əməllərinə görə məsuliyyət daşımalıdır”.

Məktubda UNESCO Baş direktorundan Ermənistanda Azərbaycana məxsus tarixi və mədəni irs abidələrinin vəziyyətinin araşdırılması üçün bu ölkəyə missiya göndərilməsi istənilib.

Eyni zamanda, sadalanan faktlarla bağlı bəzi sənədlər də məktuba əlavə edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO