İQTİSADİYYAT
“Unibank” ALBALI PLUS debet kartını təqdim edir
Bakı, 25 iyul, AZƏRTAC
“Unibank” təqdim etdiyi yenilənmiş kart sifarişi saytından (http://debet.albali.az/) çoxlu imtiyaz və üstünlüklər verən ALBALI PLUS debet kartını müştərilərə təqdim edir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, ALBALI PLUS debet kartını həm manat, həm də dollar valyutasında sifariş etmək mümkündür. “Unibank”ın ALBALI PLUS debet kartı istifadəçilərinə daha rahat və daha təhlükəsiz ödəniş etməklə yanaşı, vəsaitlərinin üzərinə əlavə 6 faizədək gəlir qazanmaq imkanı yaradır. ALBALI PLUS debet kartını sadəcə şəxsiyyət vəsiqəsi ilə “Unibank”ın istənilən filialından almaq olar.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və ya “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək mümkündür.