İDMAN
Universal döyüş üzrə Azərbaycan yığması Avropada birinci olmuşdur
Bakı, 23 dekabr (AZƏRTAC). Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə Avropa çempionatına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, yarışda 25 ölkədən 121 idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Universal döyüşün layt versiyası üzrə yarışlarda kişilərdən ibarət komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdır. Bu növ üzrə qadınların yarışında isə Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olmuşlar.
Klassik versiya üzrə yarışlarda kişilərdən ibarət komandamız 4 qızıl, 2 gümüş, 2 bürünc, qadınların mübarizəsində isə 3 qızıl, 2 gümü və 1 bürünc medal qazanmışlar.
Ümumi komanda hesabında Azərbaycan yığması birinci, Rusiya ikinci, Ukrayna millisi isə üçüncü olmuşdur.