Uralda qasırğa: 16 nəfər xəsarət alıb
Moskva, 23 iyun, AZƏRTAC
Rusiyanın Sverdlovsk vilayətində 16 nəfərin xəsarət aldığı güclü qasırğadan sonra yardım işləri davam edir.
AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, qasırğa 22 iyun axşamı Kuşva şəhərini və Barançinski kəndini vurub.
Nazirliyin məlumatına görə, 32 fərdi ev tamamilə dağılıb, daha 99-u isə zədələnib. Bundan əlavə, 25 avtomobil və 15 elektrik xətti də zərərə görüb.
Qasırğadan sonra on altı nəfər tibbi yardım üçün müraciət edib. Təcili yardım və xilasetmə xidmətləri işlərini davam etdirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
- 23.06.2026 [12:48]
ABŞ hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələcək
- 23.06.2026 [12:44]
Moskva vilayətində raket təhlükəsi elan edilib
- 23.06.2026 [12:34]
Yaponiyada ikinci paytaxt şəhəri olacaq
- 23.06.2026 [12:26]
“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb
- 23.06.2026 [12:26]