DÜNYA
Uruqvayda prezident seçkilərində səsvermə başa çatıb
Bakı, 25 noyabr, AZƏRTAC
Uruqvayda bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, səsvermədə seçici fəallığı təxminən 82% təşkil edib. Seçki günü ciddi insident qeydə alınmayıb.
Uruqvaylılar sol mərkəzçi Geniş Cəbhə koalisiyasına namizəd olan Kanelonların keçmiş meri Yamanda Orsi ilə hakim sağ mərkəzçi Milli Partiyasının namizədi Alvaro Delqado arasında seçim etməli olublar.
Səslərin hesablanmasının ilk nəticələrinin yaxın saatlarda açıqlanacağı gözlənilir.