Uşaqlar gələcəyimizdir
Naxçıvan, 19 noyabr (AZƏRTAC). Naxçıvan MR Təhsil Nazirliyinin təşkilatçılığı ilə 20 noyabr-Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə 8 nömrəli məktəbin direktoru Fəxrəddin Əliyev demişdir ki, BMT Baş Məclisinin müəyyən etdiyi bu gün bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr olunur. Uşaqlara qayğı ilə bağlı ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət siyasəti bu gün prezident İlham Əliyevin siyasi kursunda əsas yerlərdən birini tutur. Azərbaycan uşaqlarla bağlı beynəlxalq sənədlərə - Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları haqqında Konvensiyaya qoşulmuşdur. Ölkəmizdə, o cümlədən muxtar respublikada uşaqlara böyük qayğı göstərilir. Son 15 ildə Naxçıvanda 168 yeni məktəb tikilərək istifadəyə verilmişdir. Bütün uşaq bağçaları ən müasir səviyyədə təmir edilmişdir. Cari ilin ötən dövrü ərzində Naxçıvanda uşaq əməyindən istifadə olunması qeydə alınmamışdır.
Çıxışlardan sonra “Heydər Əliyev və uşaqlar” sənədli filmi nümayiş olunmuşdur.
Tədbirdə Naxçıvan MR təhsil naziri Piri Nağıyevdə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]