MƏDƏNİYYƏT
“Uşaqların mənəvi inkişafı” adlı tədbir təşkil edilib
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 167 nömrəli tam orta məktəbdə “Uşaqların mənəvi inkişafı” adlı tədbir təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti İradə Hüseynova uşaqların inkişafında mütaliənin böyük əhəmiyyətindən danışıb. Deyib ki, ölkəmizdə uşaq və gənclərin mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz bu istiqamətdə lazım olan bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Uşaqların inkişafı və təlim-tərbiyəsi baxımından milli zəmin üzərində yaradılmış incəsənət əsərləri, xalq və bəstəkar musiqisi böyük rol oynayır. Kitab oxumaq insanın mənəvi dünyasını zənginləşdirir, onun mədəniyyətini yüksəldir.
Sonra isə şagirdlər oxuduqları maraqlı kitablar haqqında fikirlərini bölüşüb və məlumatlar veriblər.