İDMAN
Üzgüçülük üzrə “Şən delfin” Bakı açıq payız birinciliyi keçiriləcəkdir
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 11-13-də Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Şən delfin” Bakı açıq payız birinciliyi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçiriləcək birincilikdə 12 komanda mübarizə aparacaqdır.
Şəxsi xarakter daşıyan yarışın keçirilməsində məqsəd Bakıda üzgüçülük idman növünün təbliğ və inkişaf etdirmək, idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və gəncləri üzgüçülük ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.
Turnirdə kişi və qadın idmançılar kompleks üsulla 100, 200 metr məsafələrə, sərbəst, brass, arxa üstə, batterflyay növlərində isə 50, 100 metr məsafələrə yarışda qüvvələrini sınayacaqlar.