V FƏSİL
V. Statistik müşahidələrin müasir metodlarının tətbiqi
Sıra №-si | Tədbirin adı | Tədbirin məqsədi | Gözlənilən nəticələr | İcraçı təşkilatlar | İcra müddəti |
5.1. | Statistik müşahidələrin keçirilməsi metodologiyasının yeni tələblərinə (müəssisələr qruplarının uçotu, maliyyə əlaqələrinin əks olunması və s.) uyğun olaraq, statistik registrin aparılması və formalaşdırılması üzrə metod və təlimatların hazırlanması və təkmilləşdirilməsi | Statistik məsələlərin həlli üçün təsərrüfat subyektlərinin statistik registrindən istifadə edilməsi | Statistik müşahidələrin keçirilməsi metodologiyasının yeni tələblərinə uyğun statistik məsələlərin həlli | Dövlət Statistika Komitəsi | 2008-2012-ci illər |
5.2. | Dövlət Statistika Komitəsinin statistik vahidlərin dövlət registri əsasında istifadəçilər üçün elektron informasiya sisteminin yaradılması, onun aparılması və tətbiqinə dair metodoloji tövsiyələrin işlənib hazırlanması | Ölkə daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təşkil olunan statistik müşahidələrin əlaqələndirilməsi | Ölkədə statistik müşahidələrin keçirilməsində statistik vahidlərin dövlət registrindən vahid informasiya ehtiyatı kimi istifadə edilməsi | Dövlət Statistika Komitəsi | 2009-cu il |
5.3. | Sosial statistika sahəsində müasir seçmə metodların tətbiqinə əsaslanmaqla, müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsi və rotasiya metodologiyasının işlənib hazırlanması və tətbiqi | Statistik informasiyanın keyfiyyətinin artırılması və respondentlərə düşən hesabat yükünün azaldılması | Sosial statistika sahəsində seçmə metodlarının vahid metodologiyasının mövcudluğu, sosial sahədə təşkil olunan seçmə müşahidələrin elmi əsaslandırılmış metodologiya əsasında aparılması | Dövlət Statistika Komitəsi | 2009-cu il |
5.4. | Kənd təsərrüfatı statistikası da daxil olmaqla, müəssisələr statistikası üzrə seçmə statistik müşahidələrin aparılmasının yeni qaydalarının hazırlanması | Statistik informasiyanın keyfiyyətinin artırılması və sahibkarlara düşən hesabat yükünün azaldılması | Seçmə statistik müşahidələrin aparılması üzrə vahid qaydaların mövcudluğu, iqtisadiyyatın sahələrində təşkil olunan seçmə müşahidələrin elmi əsaslandırılmış metodologiya əsasında aparılması | Dövlət Statistika Komitəsi, Azərbaycan Dövlət İqtisad Universiteti | 2008-ci il |
5.5. | Rəsmi statistik müşahidələr çərçivəsində statistik məlumatların yığılmasının keyfiyyətinin yüksəldilməsi və informasiya axınlarının optimallaşdırılması sisteminin işlənib hazırlanması | Statistik müşahidələrin təşkilinin beynəlxalq standartlara uyğunlaşdırılması | Statistik müşahidələrin daha keyfiyyətli və səmərəli təşkil olunması | Dövlət Statistika Komitəsi | 2010-cu il |
5.6. | Təşkilatlar tərəfindən hesabatların elektron formada təqdim olunması proqramlarının və digər əyani vasitələrin hazırlanması və Dövlət Statistika Komitəsinin WEB-səhifəsində yerləşdirilməsi | Rəsmi statistik məlumatların təqdim olunma prosedurunun asanlaşdırılması üçün imkanların yaradılması | Hesabatların elektron formada təqdim olunmasına imkan verən proqram vasitələrinin, hesabatların müəssisə və təşkilatlar tərəfindən statistika orqanlarına elektron formada ötürülməsi imkanlarının mövcudluğu | Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | 2009-2012-ci illər |
5.7. | Statistika orqanlarına müəssisə və təşkilatlardan (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) kağız formada daxil olan hesabatların elektron formaya keçirilməsi | Rəsmi statistik məlumatların təqdim olunma prosedurunun müasirləşdirilməsi və asanlaşdırılması | Sahibkarlarla statistika orqanları arasında məlumat ötürülməsi münasibətlərinin yeni, müasir səviyyədə olması, statistik məlumatların emalı prosesinə sərf olunan vaxta qənaət | Dövlət Statistika Komitəsi | 2008-2012-ci illər |