VAHİMƏLİ “KAZAK”
Kiyev, 18 mart (AZƏRTAC). Ukrayna KİV-ləri bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir ki, Ukraynada ən yeni “Kazak” zirehli transportyoru yaradılmışdır.
Avqustun 24-də Ukraynanın Müstəqillik günü münasibətilə keçiriləcək paradda xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulmuş bu ən yeni döyüş maşını nümayiş etdiriləcəkdir.
Ekspertlərin rəyinə görə, “Kazak” döyüş maşını dünyadakı analoqlarından geri qalmır və ondan xüsusi əməliyyatlar, habelə sülhyaratma missiyaları zamanı səmərəli istifadə oluna bilər.
Çəkisi 5,5 ton olan zirehli transportyor 176 litr gücündə mühərriklə təchiz olunmuşdur, saatda 120 kilometr sürətlə hərəkət edir. Maşın trotil ekvivalenti ilə 3 kiloqramdan artıq çəkisi olan minanın partlayışına davam gətirir və 5 nəfərlik heyətə xəsarət toxunmur.
“Kazak” GPS-naviqatoru, radiasiya və kimyəvi kəşfiyyat cihazları, arxa görünüş kamerası, kondisioner, ABS sistemi, yüksək səs və termoizolə ilə təchiz olunmuşdur. Bronetransportyorun iki pulemyotu və avtomatik qranatomyotu vardır.
Paradda digər tanklar və silahlarla yanaşı, “Oplot” tankı, “Ladya” BTR-4 və yüngül zirehli “Dozor-B” də nümayiş etdiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.11.2026 [21:21]
İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb
- 15.11.2026 [20:49]
İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib
- 15.11.2026 [20:30]
Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq
- 15.11.2026 [19:41]
Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
- 14.11.2026 [23:25]
Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH
- 14.11.2026 [22:57]
Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər
- 14.11.2026 [22:15]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:44]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [21:01]
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
- 14.11.2026 [20:21]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 14.11.2026 [20:00]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:30]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [19:07]
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 14.11.2026 [18:48]
Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb
- 14.11.2026 [17:30]
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb
- 14.11.2026 [17:09]

