MƏDƏNİYYƏT
Valideyn himayəsindən məhrum olan uşaq və gənclərin əl işlərinin respublika satış-sərgisi təşkil edilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də T.İsmayılov adına Uşaq Dünyası rəsm qalereyasında əlil və valideyn himayəsindən məhrum olan uşaq və gənclərin əl işlərinin respublika satış-sərgisi təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, konstitusiya gününə həsr edilmiş sərgini “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyi (İB) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etmişdir.
Tədbirdə çıxış edən İB-nin sədri Zaur Seyidzadə bildirmişdir ki, birliyin əsas vəzifəsi valideyn himayəsindən məhrum olan uşaq və gənclərin sosial problemlərinin həll edilməsinə kömək etməkdir. Elə bu məqsədlə də ilk dəfə belə bir satış-sərgisi təşkil etmişik. İnanırıq ki, belə tədbirlər valideyn himayəsindən məhrum olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasına təkan verəcəkdir.
İki gün davam edəcək sərgidə ümumilikdə 30 müəllifin 70-dən çox əl işi nümayiş etdirilir.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.