REGİONLAR
Valideyn himayəsindən məhrum olan uşaqlara bayram hədiyyəsi verilib
Zərdab, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Zərdabda keçirilən silsilə tədbirlər çərçivəsində dekabrın 30-da rayon icra hakimiyyətində valideyn himayəsindən məhrum olan, hər iki valideynini itirən uşaqlarla və onların himayədarları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev görüşdə ölkəmizdə aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan soydaşlarımıza göstərilən diqqət və qayğıdan danışıb, bu sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətindən söz açıb.
Görüşdə uşaqlara bayram hədiyyəsi və maddi yardım verilib.