Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №7, maddə 608, 2016, № 8, maddə 1449; 2017, № 10, maddə 1884; 2018, № 10, maddə 2157) ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 sentyabr 2023-cü il

№ 338

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin