Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vaqif Bayatlı Odərin yeni kitabı işıq üzü görüb

Vaqif Bayatlı Odərin yeni kitabı işıq üzü görüb

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin “Bəy Atlı şeirlər” kitabı işıq üzü görüb.

Afaq Məsudun “Göz yaşıyla axan şair” essesi ilə başlayan kitaba şairin “Sən məni tanıyırdın, Əbədiyyət”, “Gəlin yalanları gerçəklərdən də gözəl eləyək...”, “Gülümsəyən doğma üz”, “Qurbanlar cəlladları ağlayar”, “Sevgidən dəli olmağa bu dünyada eşq azmış”, “Ölümsüzlük gəlməz, gedilər” kimi 250-dən çox şeiri daxil edilib. Şeirlərə dair rəsmlərin müəllifi Antalya Akdeniz Universitetinin professoru Məzahir Avşardır.

Xalq yazıçısı Afaq Məsud “Göz yaşıyla axan şair” essesi ilə Vaqif Bayatlı Odər yaradıcılığına əsl söz adamı kimi yaxından bələd olduğunu bir daha sübut etmiş olub. Kitabda yer alan esseni AZƏRTAC-ın oxucuları ilə bölüşürük:

“Göz yaşıyla axan şair”

Bir göz yaşında azmışam,

üzlə axıram aşağı,

ancaq üzü tanımıram...

Bu göz yaşı məndən axır?

Mən bu gözü tanımıram...

Qəfil sevgi etirafı, canıyaralı adamın sızıltısı təəssüratını yaradan bu təsirli misraların müəllifi Vaqif Bayatlıdır. Bu dünyaya gəlişi, təqribi hesablamalara görə, oktyabr ayının ilk ongünlüyünün hansısa naməlum gününə, ya bəlkə, ondan da bir az əvvələ - sentyabr ayının sonlarına təsadüf edən bu söz sahibi, ilahi eşq təmaslarından yaralı canlarıyla dünya şeir xəzinəsinə dərin hikmət, sirli həqiqətlər dolu, mistik Şərq ecazı bəxş etmiş söz dahilərimizin davamçısı - onlardan biridir.

Vaqifin doğum günü, anası Dursun xanımın xatırlamalarına görə, “əncirin qurtaran vaxtı”na təsadüf etsə də, biz (Vaqifin qələm dostları) bu əlamətdar günün tarixini oktyabr ayının 1-nə müəyyənləşdirdik. Niyə məhz oktyabr ayının 1-nə, səbəbini özümüz də bilmədik...

…Əslində bu, belə də olmalıydı. Dünyanın qəbulolunmuş məkan və zaman anlayışlarına heç cür uyuşmayan, qaydalar və çərçivələr aləminə heç bir vəchlə sığışmayan Vaqifin doğum tarixi də, görünür, Yer ölçüləriylə müəyyən edilmiş zaman və məkan kateqoriyası üzrə yox, onun “Vaqif Cəbrayılzadə” kimi bizlərin arasında - zaman və məkan ölçülərinin işləmədiyi, əlahiddə Söz Ərazisində zühur etdiyi məqamla müəyyənləşməliydi. Lap əslinə qalanda, Vaqifin doğulduğu ilin özü də - həmin o naməlum payız gününün təsadüf etdiyi ilin dəqiq tarixi də şübhə doğurur. O səbəbdən ki, gecə-gündüz şəhərin hansı naməlum səmtlərindənsə, hansısa daha naməlum istiqamətlərinə üz tutub yeriyə-yeriyə, yüyürə-yüyürə yaşayan, küçələri Günəş şüalarının saçma bucağı, küləyin səmti, havanın temperaturu üzrə eninə-uzununa ölçə-ölçə, Kainat qanunlarını mövsümlər üzrə dəyişib, öz daxili qanunları və arzularıyla yeniləyən, Yer kürəsini gah ayağının altına ilişən bir parça torpaq, gah Allahın tək bir ibadətdən ötrü yaratdığı “Müqəddəs Ulduz” elan edən bu Duyğular Sultanının özünün də reallıq, ya görüntü olduğu dərin şübhələr oyadır. Sözün, şeiriyyətin ən əlçatmaz qatlarında səyriyən, oraların çəkisiz ənginliklərindən asılı qalan bu adamın, həm də necəsə, aşağılarda - bu dünyanın tutqun, kobud reallığında yaşamaq bacarığı da eyni müəmmanı doğurur. Həmin bu sirli müəmmanı yaradan digər məqam - Vaqifin yaşa dolduqca ağırlaşıb bükülmək əvəzinə, nazilib incələn yeniyetmə qaməti, seyrəlib nazilmək əvəzinə, qalınlaşıb codlaşan gur saçları, “bu, əslində, bığlarımdı, yeri səhv düşüb” - dediyi qalın, qara qaşları, körpə sevincini, bəzən qüssə dolu, səbəbsiz uşaq incikliyini qoruyub saxlayan üzüdür.

Çəkisiz bədəninin pərvazından, yoxsa pərvazlı ruhunun çəkisizliyindən, az qala, havayla yeriyən, əynindəki geyimləri ən küləksiz havalarda belə necəsə, öz-özünə dalğalanan, düz getdiyi yerdə səmtini qəfil küləyin, ya buludların istiqaməti ilə dəyişən bu əbədi səyyahı şəhərin küçələrində, dənizkənarı parkda görənlər bir qədər aramlı olub, diqqətlərini toplasalar, onun yeriyib yüyürə-yüyürə üz tutduğunun heç hara yox, göylər - sonu, sərhəddi bilinməyən səmavi ənginliklər olduğundan duyuq düşərlər...

Göy üzündə qaça-qaça

hara gedir bu uşaq?!..

Bu uşaq hamıdan qoca,

xəbəri yox, qaçdıqca

sınır göyü, sınır yolu,

xəbəri yox,

ürəyi sınıq sevgiylə,

ovcu sınıq göylə dolu.

Toxunuram sınıqlara,

sınıqlar quşlara dönür,

ürəyim bir ovuc dənə,

quşlar ürəyimə qonur

ürəyimi dənləməyə…

Dənizkənarı parkda Vaqifin öz iş otağı var. Bu, üst budaqları onu güclü yağışlardan, alt qolları - xəzri küləklərindən qoruyan, nəhəng palıd ağacının altıdır. Vaqif dəniz və palıd qoxulu bu sehrli “otağa”, nə palıd yarpaqlarının “xəfif pıçıltısını” dinləyib ilhamlanmaqdan, nə sahilboyu dalğalanan “qəmli Xəzərin mirvari köpüklü suları”nı seyr edib vəcdə gəlməkdən ötrü gəlir. O, bu “otağa” tüksüz, lələksiz quş balası, məhrəm, isti yuvasına sığınantək sığınmaqdan, orada öz-özünə bürünüb, öz içində səssiz-səmirsiz əriməkdən ötrü gəlir…

Ölsəm, bir də min il sonra dirilsəm,

Bu dünyada hər şeyin sonunu bilsəm?!.

…Bir çölün düzündə bir qara kolla

qəflətən tapışıb qalsam baş-başa,

baş-başa qaldığım o qara kol da

kolluğundan çıxıb dönsə qardaşa,

nə desəm, nə sorsam, cavab yerinə

tikanlı üzünü sürtsə üzümə,

hər tikan ucundan, tikan canından

bir damla göz yaşı baxsa gözümə,

bir dəniz də gəlsə, üzündə gəmi,

hey sürtsəm üzümü divarlarına,

uzanıb qollarım, bitib qollarım

dönsə o gəminin avarlarına,

sular qollarımı yuduqca yusa,

saçlarım yosuntək axdıqca axsa…

Sonu, qurtaracağı olmayan bu misralar - olanların, ya hələ min ildən sonra ölüb, bir də diriləcək Şairin qəlbində baş verməkdən ötrü yol gələnlərin sonsuzluğa qədər elə beləcə müəmmalı şəkildə havadan asılı qala-qala dəyişən sirli əvəzlənmələr olduğu kimi, insan ruhunun bu dünyadan əxz etdiyinin də beləcə - ilk baxışda, hər hansı real məntiqi səbəbə dayaqlanmayan, lakin hansısa taleyüklü, əlamətdar hallar yaratmağa qabil, ələgəlməz, izaholunmaz “duyğu hadisələrindən” ibarət olduğunu anladır.

Zahirən aydın, axıcı ədəbi dildə yazılsa da, dərki, anlamı fövqəlduyum və intellekt tələb edən bu şeiriyyətin müstəsna özəlliyi - alt qatı ruhun hallarıyla bağlı, yalnız onun özünün (ruhun) dərk edə biləcəyi sirli, ilahi hikmətlər gizləməsidir...

Bayatlı poeziyasına yaxından bələd olanlar bu yaradıcılığın, ənənəvi baxış bucağından dərk edilməsinin mümkünsüz olduğunu yaxşı bilirlər. O səbəbdən ki, şair insan nəfəsi toxunmayan, hansısa ayrı, səmavi ərazilərdən - sıravi gözlə görülməyənlərin görkəmindən, duyulmayanların ağrısından, izaha gəlməyənlərin izahından yazır... Şeirlərində tez-tez rast gəlinən “min illər”, “milyon illər” ifadəsi kiməsə uydurmaçılıq, ya yaradıcı şövqün məhsulu kimi görünə bilərsə də, misraların alt qatından sızan şirin və yandırıcı iztirablar dolu isti nəfəs, bunun əksini - yazılanın, qədimdən-qədim, min illərlə yaşanmış uzaq xatırlamalar olduğunu hiss etdirir.

Min ildi, milyon ildi

Sənə sarı qaçıram,

ayaqlarım sevinir,

yolum sevinir, Allah.

hər gün Sənin Göyünə

mismarlanır qollarım

mismarlanır, dincəlir,

qolum sevinir, Allah.

Sevgin, yalnız sevgin var,

qollarımın gözündə.

Bəs nədən əzab gəzir,

qolumu dəlib yaran

mismarların üzündə?..

İllər ötür, bütün vücudu, varlığı və ruhu ilə İlahiyə can atmaqdan yorulmayan Vaqifi, yolundan heç nə döndərə bilmədi. Nə bu dünyanın mal-dövləti, nə “var” adlandırdığımız oğul-uşaq, nə şan-şöhrət azarı. Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kimin gücü çatmadı. Vaqif sözün xəstəsi, onun qulu olaraq qaldı. O, indi də belə yaşayır. Sözlərin, misraların arasıyla, əlçatmaz göy pillələrində pay-piyada dolaşa-dolaşa… Yenə misralarla, sözlərlə sevişir, əhd bağlayır, küsüb-inciyir, onlarla, halına, xasiyyətinə bələd olduğu doğmalarıtək, xüsusi ehtiram və ehtiyatla davranır, gizli sövdələşmələr aparır, bir sözün o biriylə yanaşı duranda hansı hala düşməsindən, hansı sözün hansı sözə işıq, hansına kölgə salmasından günlərlə, aylarla zövq alır, əzab çəkir… Bu halıyla Vaqif, bəzən mənə kimsəsizlər evinin əzabkeş dayəsini xatırladır.

Vaqif Bayatlı imzası kifayət qədər tanınır, şeirləri Azərbaycanın hüdudlarından kənarda - Türkiyədə, İranda, İngiltərədə, ABŞ-da, hətta uzaq Avstraliyada da oxunur və sevilir. İl-ildən cücərən, yaşıllaşıb qol-budaq atan bu kütləvi oxucu sevgisi də bizim Vaqifi ovutmur. Onu qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan yığışdıra bilmir. Vaqifin əbədi oyaq qəlbini, ac ruhunu nə geniş xalq kütlələrinin sevgisi, nə əcnəbi millətlərin marağı, nə şan, nə şöhrət doyura bilmir. Onu yalnız bir Sevgi - bir vaxtlar ona “Ol!..” demiş, sonradan gözlərinin dərinliyinə baxıb: “Şair Ol!” demiş Uca Yaradanın qənirsiz şüanı, səbəbsiz nisgili andıran Sevgisi doyurur bircə...

Min ildi, milyon ildi,

bağlayıb yollarımı bir-birinin ucuna

gəlib çatdım axırı Sənin dar ağacına.

Kəndirin dartıldıqca, boynum dincəlir, Allah.

Boynum dincələn görüb tez vururlar başımı…

çiynim dincəlir, Allah…

Şükür, şükür, çox şükür, Sən yenə Göy üzündən

mənə sarı enirsən…

dünya sönüb itdikcə,

tək bir Sən görünürsən…

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər