ELM VƏ TƏHSİL
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcəkdir
Bakı, 7 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün yanvarın 11-də test imtahanı keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılmış, müsabiqədə iştirak etmək üçün 706 nəfərin namizədliyi qeydə alınmışdır.
İki binada təşkil olunacaq imtahan saat 11.00-da başlanacaq və 3 sааt müddətində aparılacaqdır.
İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri, 60 nəzarətçi-müəllim ayrılmışdır.
İmtаhаn zamanı nаmizədlərə 100 suаldаn ibаrət test tapşırığı təqdim оlunаcаq: 80 suаl nаmizədlərin hüquq sahəsi üzrə biliyini, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.
Hər düzgün cavab bir balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.
Cavablar həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək və nəticələr Vəkillər Kollegiyasına təqdim olunacaqdır. Namizədlərə bilavasitə sənəd verdikləri komissiyada ballar haqqında arayış veriləcəkdir.
Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar.