Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“VƏKİLLƏR VƏ VƏKİLLİK FƏALİYYƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005-ci il, № 8, maddə 686; 2006-cı il, № 12, maddə 1005; 2007-ci il, № 4, maddə 322; 2009-cu il, № 7, maddə 517, № 11, maddə 878) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 4-cü maddənin II hissəsində “şikayəti” sözündən sonra “və ya məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə” sözləri əlavə edilsin.

2. 8-ci maddənin I hissəsində:

2.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.”;

2.2. üçüncü cümlədə “göstərilən testi vermədən və şifahi müsahibədən keçmədən” sözləri “yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan” sözləri ilə əvəz edilsin.

3. 10-cu maddədə:

3.1. I hissə aşağıdakı redaksiyada verilsin:

“I. Vəkillər Kollegiyasının Nizamnaməsini, İxtisas və İntizam Komissiyalarının əsasnamələrini və vəkillərin davranış qaydaları haqqında əsasnaməni qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, İntizam Komissiyasının sədrini və üzvlərini seçmək, vəkilliyin rəsmi emblemini və vəkillərin xüsusi geyim formasının təsvirini təsdiq etmək, Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının həcmini müəyyən etmək Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müstəsna səlahiyyətidir. Vəkillər Kollegiyası üzvlərinin sayı beş yüzdən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyata keçirilə bilər.”;

3.2. II hissə çıxarılsın;

3.3. III hissənin üçüncü cümləsində “bir” sözü “iki” sözü ilə əvəz edilsin;

3.4. IV hissənin birinci cümləsində “və II hissələrində” sözləri “hissəsində” sözü ilə əvəz edilsin.

4. 19-cu maddənin III hissəsinin üçüncü cümləsində “Aztəminatlı” sözü “Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan” sözləri ilə əvəz edilsin.

5. 20-ci maddədə:

5.1. I hissənin birinci cümləsində “hüquqi yardıma ehtiyacı olan aztəminatlı” sözləri “vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan” sözləri ilə əvəz edilsin;

5.2. II hissənin birinci cümləsində “Rəyasət Heyəti tərəfindən” sözlərindən sonra “müəyyən olunmuş qaydada” sözləri əlavə edilsin.

6. 22-ci maddənin VII hissəsinə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin