İDMAN
Velosipedçilərimiz “Kralovehradeckeho Kraje” Qran-pri yarışlarında iştirak ediblər
Bakı, 18 avqust (AZƏRTAC). Çexiyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Kralovehradeckeho Kraje” Qran-pri yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 6 üzvü - Tural İsgəndərov, Maksim Averin, Markus Eybeger, Daniel Klemme, Maykl Şvayzer və Yan Sokol iştirak edib.
Yarışda 178 kilometrlik mübarizənin yekununda velosipedçilərimizdən ən yüksək nəticəni Markus Eybeger göstərib. O, qalibdən 4 dəqiqə 5 saniyə geri qalmaqla 134 velosipedçi arasında 14-cü olub.
Güclü yağış səbəbindən starta çıxan velosipedçilərin 74-ü finiş xəttini keçə bilməyib və mübarizəni yarımçıq dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]