CƏMİYYƏT
Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya “Bakcell”dən dəstək
Bakı, 5 may, AZƏRTAC
Velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Tural Abbasov səfər boyu “Bakcell”in internet, zəng və SMS xidmətindən istifadə edəcək.
Bu barədə AZƏRTAC-a “Bakcell” şirkətdən bildirilib. Cari ilin yanvarında Bakıdan Çin istiqamətində yola düşən velosipedçi səyyah artıq 10 min 200 kilometrdən çox məsafə qət edərək Mərkəzi Asiyadan keçib. Hazırda Tailandda olan T.Abbasov “Bakcell”in rouminq xidməti vasitəsilə öz səyahət təcrübəsini http://velotural.az/ və https://www.facebook.com/velotural/ səhifələrində bölüşür.
Azərbaycanlı velosəyyahın səfər təəssüratlarını, həmçinin “Bakcell”in rəsmi “Facebook” səhifəsindən izləmək olar https://www.fb.com/Bakcell/.