VENESUELA NEFTİ BELARUSA ÇATDI
Bakı, 10 iyun (AZƏRTAC). Belarus 600 min barreldən ibarət Venesuela neftini qəbul etmişdir. Venesuela Prezidenti Huqo Çaves bildirmişdir ki, Venesuela nefti Belarusun neft emalı zavodlarından emal olunduqdan sonra Ukraynaya və digər Avropa ölkələrinə göndəriləcəkdir.
O demişdir: “Venesuela Avropanın ürəyinə girmişdir. Bu dünya geosiyasətinin yeni reallıqlarıdır”.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Venesuelaya səfəri zamanı bu ölkəyə göndərilən neftin gündəlik həcminin 80 min barrel olması barədə razılaşma əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:55]
Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
- 16.11.2026 [17:42]