VENESUELA TƏKZİB EDİR
Ranxel demişdir: “Venesuela uranın saflaşdırılması sahəsində heç bir iş aparmır”. Heç kimə sirr deyil ki, Venesuelada uran yataqları var. Lakin Kolumbiya və Braziliyada da uran yataqları var və bu, heç kimdə narahatlıq doğurmur”.
Vitse-prezident Venesuelada uranın saflaşdırılması üçün iş görülməsinin mümkünlüyünü istisna etməmiş və vurğulamışdır ki, bu işlər ancaq dinc məqsədlərlə həyata keçiriləcəkdir.
Bu yaxınlarda Kolumbiyanın Amerika Dövlətləri Təşkilatındakı rəsmi nümayəndəsi Kamilo Ospina bəyanat verərək bildirmişdir ki, Venesuelada uranın saflaşdırılması sahəsində elmi tədqiqatlar aparılan iki laboratoriya var.
Venesuela Prezidenti Huqo Çaves də dəfələrlə bəyan etmişdir ki, onun ölkəsi öz nüvə proqramının hazırlanmasına yalnız dinc məqsədlərlə başlaya bilər. Lakin Çaves bu sahədə Braziliya, Argentina və İran kimi ölkələrlə əməkdaşlığın mümkünlüyünü istisna etməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]