Vergi daxilolmaları 22,9 faiz artıb
Bakı, 9 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb.
Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]