Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«VERGİ ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ» AZƏRBAYCAN RESPUBLİKASININ MEDALININ TƏSVİRİ

Azərbaycan Respublikasının

2009-cu il 29 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

«Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 50 mm olan lövhədən ibarətdir.

Medal səkkizguşəli ulduz formasındadır, ön tərəfində dairənin içərisində Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı həkk edilmişdir. Dairədə çevrə boyunca «SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ» sözləri həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir və paltara bərkidilmək üçün xüsusi elementi vardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin