Azərbaycan Dövlət İnformasiya Agentliyi

VERGİ QANUNVERİCİLİYİ SAHƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 616; 2005-ci il, № 12, maddə 1099; 2006-cı il, № 5, maddə 400, № 12, maddə 1034) 1-ci bəndinin üçüncü abzasından “22.2-ci,” sözləri və 2-ci bəndinin beşinci abzası çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 162; 2005-ci il, № 9, maddə 797; 2006-cı il, № 5, maddə 400) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 9.9-cu bəndində “Vergi ödəyicilərinin” sözlərindən sonra “, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının” sözləri əlavə edilsin.
3. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 476; 2005-ci il, № 2, maddə 71) 3-cü bəndinin dördüncü abzasından “və 82-ci maddəsində” sözləri çıxarılsın.
4. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 829 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 724) 2-ci bəndinin dördüncü abzasından “,194.3-cü” sözləri çıxarılsın.
5. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 68; 2006-cı il, № 5, maddə 400, № 7, maddə 590) 2.7-ci bəndində “190.4-cü” sözləri “190.5-ci” sözləri ilə əvəz edilsin.
6. Bu Fərmanın 1-ci və 3-cü bəndləri 2008-ci il 1 yanvar tarixindən, digər bəndləri isə dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin